“Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi” yeni redaksiyada təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nəzarət-kassa aparatları üzrə sahələrarası
ekspert komissiyasının tərkibi yeni reaksiyada təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, komissiyasının tərkibi ilə aşağıda təqdim etdiyimiz siyahıda tanış ola bilərsiniz:

Komissiyanın sədri – Orxan Nəzərli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi.

Komissiyanın sədrinin müavini – İlkin Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidməti rəisinin müavini.

Komissiyanın üzvləri:

  • Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri;
  • Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri;
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının İqtisadi siyasət şöbəsi müdirinin müavini;
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi;
  • Azərbaycan Respublikası Mərkəzi Bankının Nağd Pul Departamentinin direktoru;
  • “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru;
  • “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru;
  • Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarəH eyəti sədrinin müavini.

Leave a Reply