Mobil telefona qadağa məktəbdə yaşanan problemləri həll edəcəkmi?

Məktəb direktorları təris prosesində olan boşluqların aradan aqaldırılması istiqamətində attıqları ilk addım mobil telefonların məktəbə gətirilməsinə qadağa olub. Buna səbəb son zamanlar bəzi şagirdlərinin məktəblərində baş verən xaos və özbaşınalığı çəkib ictimailəşdirilməsi ilə bağlıdır, lakin səbəb kimi mobil telefonların tədris prosesinə maneə olması göstərilir.

Əlbəttə ki, internetə qoşulmanı nəzərə alsaq smartfon və planşetlər tədris prosesinə şagirlərin fikrini yayındıraraq maneə törədə bilər, lakin bu müəllim sinifdə olduğu və dərs keçdiyi vaxt mümkün deyil. Belə hallar müəllimin zəifliyini göstərir və o vaxt mümkündür ki, müəllim sinifi tam olaraq nəzarətə ala bilmir, sinifin bir hissəsi tədris prosesindən kənarda qalır və istədiyi kimi əylənir.

Mobil telefonlara məktəbdə qadağa valideyn-şagird nəzarəti kimi vacib bir prosesə maneə törədə bilər. Belə ki, bir çox valideyn övladlarının təhlükəsziliyini təmin etmək məqsədi ilə valideyn nəzarəti proqramlarından istifadə edir, hansı ki, mütləq şəkildə GPS-in və mobil internetin aktivliyini tələb edir.

Bundan başqa, dünya üzrə baş verən bir çox gözlənilməyən fövqəladə hallarda, təbii fəlakətlər zamanı insanların mobil telefon siqnalı ilə dağıntılar altından çıxarılmasının şahidi olmuşuq. Cinayətkarların uşaqları müxtəlif məqsədlərlə oğurlaması faktları, yeniyetmələrin dərsdən çıxaraq yaşlarına uyğun olmayan yerlərə getməsi və ziyanlı vərdişlərə qurşanması hadisləri az deyil, bütün bu hallarda uşağın mobil telefonun olması və daim valideyin nəzarətində olması yalnız müsbət amildir.

Məktəblilərin internetdə ziyanlı və yaşlarına uyğun olmayan məzmundan istifadə etməsinin qarşısını almaq üçün xüsusi valideyin nəzarəti proqramları mövcudur, hansı ki, ziyanlı məzmuna çıxışı məhudlaşdırır. Bir çox hallarda, valideyninin uşağı ilə səmimi maariflənirici söhbəti yetərli olur ki, o ziyanverici məzmunu olan saytlarla, oyunlarla maraqlanmasın.

O ki qaldı məktəblərdə şagirdlərin sinif yoldaşlarını və ya müəllimləri ilə bağlı neqativ halların çəkib sosial şəbəkələrə paylaşılmasına, burda yeganə çıxış yolu düzgün tərbiyə, maarifləndirmə və məktəb rəhbərliyi tərəfindən təhsil ocağında baş verənlərə daimi nəzarətdir.

Valideynlər uşaqlarının hərəkətlərinə cavabdeh olduqlarını bilməlidirlər, bunun üçün valideyn iclasları mövcuddur. İldə bir neçə maarifləndirici hissəsi olan valideyn iclası keçirilsə uşaqlarda, valideynlərdə, müəllimlərdə öz hüquq və məsuliyyətlərini dərk etmiş olarlar. Təəssüf ki, bu təcrübə özəl məktəblərdə istifadə edilsədə, dövlət məktəblərində kütləvi şəkildə istifadə edilmir.

Düzgün tərbiyə olunmuş şagird heç bir halda sinif yoldaşının zorakılığa məruz qaldığını çəkib sosial şəbəkələrdə paylaşmaz, ən yaxşı halda bu görüntüləri həmin uşağın valideyninə götərər ki, tədbir görsün.

Müəllim məktəbdə özbaşınalıq etməsə, şagirdlərlə düzgün rəftar etsə, direktorda müəllimin qeyri-adekvat davranışına bəraət qazandırmasa, şagirdlər onları çəkib paylaşmaz.

Mobil qurğuların uşaqların səhhətinə göstərdiyi ziyana gəldikdə isə, bu ziyanı, mobil qurğularda şəbəkə seçimi (2G,3G, 4G), telefonun bədəndən məsafədə olması, 30-40 dəqiqədən çox olmamaq şərti ilə istifadəsi kimi qaydalara riayət etməklə ziyanı azaltmaq olar, müəllim-şagird özbaşınalığını isə mobil telefon qadağası ilə aradan qaldırmaq olmayacaq…

Aynur Vəliyeva

Leave a Reply