“Komutan” döyüş filminin qala gecəsi keçirilib – VİDEO

Bakıda yerləşən Yunus Emre Fondun dəstəyi ilə filmin baş qəhrəmanları Mert Kılıç və Aslıhan Günerlə birlikdə Türkiyənin “Komutan” döyüş filminin qala gecəsi keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, türkiyəli aktyorlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarları ilə şəkil çəkdiriblər.

Azərbaycan tamaşaçıları Türk kumirlərini heyranlıqla qarşıladılar.

Real hadisələr əsasındə çəkil’n filmin rejissorlar; Selahattin Sancaklı və Mert Kılıçdır.
Rolları Mert Kılıç, Aslıhan Güner, Can Kızılıtuğ və Emre Bulut ifa ediblər.

Xüsusi hazırlanmış bir dəstəyə Suriyada döyüşlər zamanı şəhid olmuş 3 əsgərin nəşini Vətənə geri qaytarmaq tapşırığı verilir. Hər addımında ölüm təhlükəsi olan bu tapşırığı “Soluk Kesen” adlandırılan dəstə necə yerinə yetirəcək?…

Qeyd edək ki, film oktyabrın 13-dən etibarən bütün “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Leave a Reply