İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iclası açıq elan etdi.

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev gündəlikdə duran məsələlər barədə məlumat verdi.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

X X X

Sonra MDB Dövlət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirdi.

İclasda çıxış edən MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev MDB Dövlət Başçıları Şurasına sədrliyin Qırğızıstana keçdiyini bildirdi.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Mir” Teleradio Şurasının sədri Radik Batırşini MDB-nin diplomu ilə təltif etdi.

İclasda MDB-nin icraçı katibi vəzifəsinin adı dəyişdirilərək baş katib adlandırıldı. MDB İcraiyyə Komitəsinin sədri–icraçı katibi Sergey Lebedev baş katib vəzifəsinə seçildi.

Daha sonra sənədlər imzalandı.

Bununla da Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başa çatdı.

Leave a Reply Cancel reply