Türkiyə və Rusiya prezidentləri Astanada görüşüblər – VİDEO

Qazaxıstanın paytaxtı Astanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilir.

TIME xarici mətbuata istinadən bildirir ki, liderlər bir sıra regional məsələləri müzakirə edib.

Qeyd olunur ki, Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmiləri arasında əldə olunmuş sazişə əsasən fəaliyyət göstərən taxıl dəhlizi ilə daşımalar uğurla davam etdirilir.

Bundan başqa, V.Putin və R.T.Ərdoğan “Türk axını” qaz xətti ilə təbii qaz nəqlinin fasiləsiz davam etdiyini vurğulayıb.

Eyni zamanda, Türkiyədə inşası davam etdirilən Akkuyu atom elektrik stansiyasının ilk reaktorunun 2023-cü ilin ilk yarısında işə salınacağı bildirilib.

Leave a Reply Cancel reply