Pensiya ödənişlərinin yekunlaşacağı gün açıqlanıb

Respublika üzrə oktyabrın pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın sonuncu rüb üzrə ödəniləcək 50 manatı da oktyabr ayının pensiyalarının üzərinə əlavə olunacaq.

Qeyd edək ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Leave a Reply