Emin Əmrullayev: 2 min müəllim kvadratın perimetrinə əsasən sahəsini hesablaya bilmir

Ölkə ciddi problemlə üzləşib – 2 min müəllim kvadratın perimetrinə əsasən sahəsini hesablaya bilmir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində müəllimlərin bilik səviyyəsindən qileylənərək narahatlığını “Müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək?” sualı ilə ifadə edib.

“Çox ciddi problemlə üz-üzəyik. Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 10-11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki hər hansı bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın qarşısına çıxıb gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”, – deyə E.Əmrullayev bildirib.

Leave a Reply