Mühəndis texnikamız atəşə tutulub

Azərbaycan Ordusunun mühəndis texnikası Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Leave a Reply