DİM tərəfindən keçirilən imtahanlarda buraxılış rejimini aparan xanımların qeydiyyatı başlayır

Dövlət İmtahan Mərkəzi imtahan binalarına buraxılış rejimini aparan xanım əməkdaşların cəlb olunması  məqsədilə  namizədlərin elektron qeydiyyatına başlayır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda təhlükəsizliyin artırılması məqsədilə buraxılış rejimini aparan əməkdaşların fəaliyyətinin təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaflığın artırılması istiqamətində davamlı işlər aparılır.

Mərkəz görülmüş işlərin tərkib hissəsi olaraq müxtəlif peşə sahələrində çalışan ictimaiyyətin nümayəndələrinin imtahan prosesində buraxılış rejimini aparan əməkdaş qismində cəlb edilməsi üçün elektron qeydiyyat başlayır.

Qeydiyyat 12 oktyabr tarixindən 15 dekabr saat 18:00-dək davam edəcək.

Qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda rəsmi işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 21-40 (cari buraxılış rejimini aparan əməkdaş bazasında olanlar üçün 21-45 yaş) arasında olan, həmçinin fiziki və psixoloji cəhətdən sağlam olan, Covid-19 vaksin və ya immunitet sertifikatı olan qadın əməkdaşlar müraciət edə bilərlər.

Qeydiyyat üçün ilk olaraq namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı və daha sonra buradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

Namizədlər qeydiyyatdan keçdikdən sonra qeydiyyat vərəqini çap edir, imzalayır və aşağıdakı sənədləri də əlavə edərək e-poçtuna və ya mobil telefon nömrəsinə göndərilən bildirişdə qeyd olunan tarixdə Bakı şəhəri üzrə DİM-in baş ofisinə (Ak.Həsən Əliyev küçəsi 299), regionlarda isə DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şəmkir və Şirvan Regional Bölmələrinə şəxsən müraciət edirlər.

  • İmzalı qeydiyyat vərəqi;
  • Şəxsiyyət vəsiqəsi və surəti;
  • Ali və ya orta ixtisas təhsil haqqında sənəd (diplom) və surəti;
  • İş yeri haqqında arayış (olduğu təqdirdə);
  • Məhkumluğun  olmaması barədə arayış.
  • Bank rekvizitlərini təsdiq edici sənəd.

Qeydiyyatdan uğurla keçən yeni namizəd DİM-ə dəvət olunaraq sənədləri yoxlanır və təhsili, fəaliyyəti, iş təcrübəsi, fiziki- psixoloji sağlamlığı və s. dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir.

Müsahibədən uğurla keçən namizədlər müvafiq təlimlərə cəlb olunacaq.

Elektron qeydiyyatla bağlı suallarınız yaranarsa, Mərkəzin baş ofisinə (Çağrı mərkəzi 1653 ) və ya  regional bölmə mərkəzlərinə müraciət edə bilərsiniz. 

Buraxılış rejimini aparan əməkdaşa dair tələblər və onun vəzifələri

“Şəxsi kabinet”in yaradılması və istifadə qaydası

Leave a Reply