Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Leave a Reply