Dövlət Vergi Xidməti xəbərdarlıq edib

2022-ci ilin sentyabr ayı üzrə Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi və Mədən vergisi bəyannamələri 20 oktyabr 2022-ci il tarixdən gec olmayaraq təqdim olunmalıdır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əlaqə telefonu: 195-1.

Leave a Reply Cancel reply