Azərbaycan Dəmir Yolları sərnişin sıxlığı və havalandırma problemləri ilə bağlı açıqlama verəcək

Azərbaycan Dəmir Yolları QSC bu gün səhər saatlarında Xırdalan-Bakı istiqamətində hərəkət edən elektrik qatarında müşahidə olunan sərnişin sıxlığında havalanddırma sisteminin işləməməsi nəticəsində sərnişinlərdən birinin huşunu itirməsi ilə bağlı və sərnişinlərin narazılığı ilə bağlı video görüntülərə reaksiya verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qurumun məlumatında problemlərin aradan qaldırılması ilə bağlı təbirlərin görüləcəyi qeyd edilib:

“Bu gün səhər saat 08:15 radələrində Xırdalan-Bakı istiqamətində hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib. “Azərbaycan Dəmir Yolları” QSC-nin bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda açıqlaması olacaq”.

Leave a Reply