Araz Əlizadə vəfat edib

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, keçmiş millət vəkili Araz Əlizadə vəfat edib.

TIME Trend-ə istinadən bildirir ki, onkoloji xəstəlikdən əziyyət çəkən Araz Əlizadə ötən gün 70 yaşında dünyasını dəyişib.

Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib.

1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyib, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib.

2015-ci ildə keçirilən parlament seçkilərində deputat seçilib.

Leave a ReplyCancel reply