Müəllimlər gələcəyin yaradıcılarıdır – VİDEO

Bu gün, oktyabrın 5-də Ümumdünya Müəllimlər Günüdür. Müəllimlər Günü 1994-cü ildən YUNESKO tərəfindən təsis edilib. Bu gün müəllimlərin cəmiyyətdəki mövqeyinə, onların təhsil və inkişafdakı roluna diqqət çəkmək üçün nəzərdə tutulub.

Azərbaycanda müəllim peşəsi həmişə ən hörmətli peşələrdən biri olub. Bu gün cəmiyyətimizdə qədim adət-ənənələr öz aktuallığını itirməsə də, cəmiyyətdə ara-sıra müəllimlərə qarşı narazı reaksiyalarla rastlaşsaq da, şəxsiyyətlərin formalaşmasında müəllim əməyinin xüsusi əhəmiyyət kəsb etdiyini heç birimiz inkar edə bilmərik. Uşağın təhsilə olan marağını, bu və ya digər fənnə nə dərəcədə həvəsni formalaşdıran müəllimdir, məktəbi bitirdikdən sonra onun cəmiyyət üçün nə qədər faydalı və savadlı olacağıda müəllimdən asılıdır.

Cəmiyyət üzvlərinin keyfiyyəti məhz müəllimlərin şəxsi keyfiyyətlərindən asılıdır, çünki heç bir pedaqoji tədris texnikası müəllimin özünün mahiyyətindəki qüsurları gizlədə bilməz, uşaqlar saxtakarlığı böyüklərdən daha tez hiss edirlər və nəticədə onlarda böyüklərin aləmi haqqında ümumi təsəvvür yaranır.

Müasir tədqiqatçılar hesab edirlər ki, uşaqlara qarşı sevgi müəllimin ən vacib şəxsi və peşəkar xüsusiyyəti hesab edilməlidir, çünki onsuz səmərəli pedaqoji fəaliyyət mümkün deyil. L.N.Tolstoy müəllimləri xarakterizə edən aşağıdakı sətirləri yazıb:

“Müəllimin yalnız işinə sevgisi varsa, o, yaxşı müəllim olacaq. Müəllimin ata və ana kimi ancaq şagird sevgisi varsa, o, bütün kitabları oxumuş, amma nə işə, nə də şagirdlərə sevgisi olmayan müəllimdən daha yaxşı olar. Müəllimdə işə və tələbələrə sevqi birləşirsə, o, mükəmməl müəllimdir”.

Müəllim uşağın bələdçisidir, onu həyat yolu ilə aparmalı, öyrətməli, tərbiyə etməli, onun mənəvi və fiziki inkişafına rəhbərlik etməlidir. Sinif otağı, uşaqların təlim prosesi vasitəsilə kollektivdə, gələcəkdə isə cəmiyyətdə münasibətlərin formalaşmasına səbəb olan birgə fəaliyyətlə məşğul olduqları mühitdir. Bəzi hallarda müəllimin uşağa təsiri valideynlərin təsirindən daha yüksək olur. Uşaqlara kollektivdə işləmək, əməkdaşlıq və insanlarla anlaşma bacarıqlarını aşılayan müəllimdir. Uşaqlar qeyri iradi olaraq müəllimin davranışının fərdi elementlərini özünküləşdirirlər, bu da sonradan sinif şagirdlərinin bir növ mədəniyyətinə çevrilir.

Şagird şəxsiyyətinin inkişafında müəllimin rolunun müasir tədqiqatları göstərir ki, müəllimlərin fəaliyyətində dialoq və müzakirə metodlarının geniş tətbiqi, şagirdlərdə öz tədrisinin forma və məzmununu fərdi şəkildə seçmək meylini inkişaf etdirmək, uşaqları pedaqoji fəaliyyət prosesinə və hətta müəllimi onlarla dərslərə hazırlamağa cəlb etmək vacibdir. Bu, müəllim və tələbələr arasında əhəmiyyətli dərəcədə yaxınlaşmağa kömək edir. Müəllimin sözü o zaman təsir gücü qazanır ki, müəllim şagirdi tanısın, ona diqqət göstərsin, ona hər hansı bir şəkildə kömək etsin, yəni ortaq fəaliyyətlə onunla münasibət qursun.

Şagirdin şəxsiyyətinin formalaşmasında müəllimin rolu çox böyükdür. Bu, müəllimin uşaqları böyüdərkən necə və hansı vasitələrdən istifadə etməsindən, onların necə insan olacağından asılıdır. Müəllimin əsas məqsədi hər bir uşağın maksimum inkişafı, onun orijinallığının qorunması və potensial qabiliyyətlərinin üzə çıxarılmasıdır.

“Uşaqlar üçün sığınacaq” fransız filmi uşağın şəxsiyyətinin formalaşmasında və gələcək uğurunda rəğbətli müəllimin rolunun nə qədər böyük olduğuna bir nümunədir.

Azərbaycan kinematoqrafına müraciət etdikdə isə, əsl müəllim obrazı əlbəttə ki, “Bizim Cəbiş müəllim” filminin əsas qəhrəmanı yada düşür.

Leave a Reply