Bakının mərkəzində qəzalı bina söküləcək

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu ərazisində Şahmat məktəbinin yerləşdiyi tarixi binanın sökülməsi barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, artıq bina sakinlərinə və adıçəkilən məktəbə köçürülmə barədə xəbərdarlıq da edilib.

TIME Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətində deyiblər ki, yayılan məlumat həqiqəti əks etdirmir.

“Həmin bina XVIII əsrə aid memarlıq abidəsidir. Bu binanın sökülməsi, əhalinin köçürülməsi barədə bizdə məlumat yoxdur”, – deyə qeyd olunub.

Bakı şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, həmin binaya yaxın ərazidə yerləşən, Nəsimi rayonu, Mirzağa Əliyev 150 ünvanındakı binanın sökülməsi nəzərdə tutulub.

“Mirzağa Əliyev 150 ünvanındakı yaşayış binası Xalq Deputatları Sovetinin 1989-cu il tarixli qərarı ilə qəzalı elan olunub və həmin binada yaşayış təhlükəli hesab edilib. Həmin binada yaşayan ailələr bu məqsədlə başqa ünvanlara köçürülüb. Amma Şahmat məktəbinin binasının sökülməsi ilə bağlı heç bir məlumat yoxdur”,-məlumatda deyilir.

Bununla yanaşı, Bakıda böyük istirahət parkı salınacaq. Yeni salınacaq park paytaxtın Nərimanov rayonu Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin əhatəsində yerləşəcək. 30 hektar ərazidə salınacaq parkın layihə-smeta sənədlərinin hazırlanması prosesi aparılır.

Leave a Reply