Azərbaycandan 200 min ting və calaqaltı əkin material Qırğızıstana ixrac olunacaq

Azərbaycanlı mütəxəssislərin Qırqızıstanda bağ salınması prosesində və təlimlərdə iştirakı ilə bağlı razılıq əldə edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və aqrar sahədə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri Qırğızıstanda səfərdə olub. Səfərdə əsas məqsəd iki ölkə arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə etməkdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Qırğızıstanın kənd təsərrüfatı nazirinin müavini Murat Baydıldaev və bu ölkənin aqrar şirkətlərinin təmsilçiləri arasında görüşlər keçirilib.

Görüşlərdə Azərbaycanın aqrar sahədə təcrübəsi böyük maraqla qarşılanıb. Şirkətlər arasında keçirilən görüşlərdə ilkin olaraq Azərbaycanda istehsal olunan 200 min ting və calaqaltı əkin materialının Qırğızıstana ixarcı, azərbaycanlı mütəxəssislərin bu ölkədə bağ salınması prosesində və təlimlərdə iştirakı ilə bağlı razılıq əldə edilib.

Qeyd edək ki, Azərbaycanda hazırda ən müasir üsullarla ting istehsal edilir.

Leave a Reply Cancel reply