Azərbaycan Texnologiya Universiteti vakansiya elan edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti vakansiya elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  aşağıda adları göstərilən vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib: 

Kimya və metallurgiya mühəndisliyi kafedrası – kafedra müdiri

Yüngül sənaye mühəndisliyi və dizayn kafedrası – kafedra müdiri

Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 30 gün müddətində qəbul edilir.

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:

AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai 103 

Əlaqə: +994(22) 257 56 29

Leave a Reply