Lənkəran şəhər İcra Hakimiyyətinin əməkdaşları korrupsiyaya görə saxlanılıb

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Lənkəran şəhər İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – şəhərin baş memarı Elgün Abdullayev saxlanılıb.

TIME Trend-ə istinadən bildirir ki, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə deyib ki, faktla bağlı digər şəxslər də saxlanılıb.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat zamanı icra hakimiyyətində vəzifəli şəxslərdən biri rüşvət alarkən yaxalanıb.

İcra başçısının müavini qeyd edib ki, digər saxlanılan şəxslərlə bağlı yaxın vaxtlarda rəsmi məlumat veriləcək.

Leave a Reply