Türkiyənin BITES Savunma və Türk Aerokosmik Sənayesi (TUSAŞ) şirkətləri tərəfindən hər növ zirehli maşın ekipajlarının bölgədəki vəziyyət barədə məlumatlılığını artıran ilk “İnfra-Zirehli Görmə” sistemi hazırlanıb.
TIME TurkicWorld-a istinadən bildirir ki, əsasən döyüş tankları və zirehli döyüş maşınları kimi yaxından görmə qabiliyyəti məhdud olan hərbi maşınlarda istifadə olunacaq sistem, şəxsi heyətin döyüş sahəsində vəziyyətə dair məlumatlılığını artırmaqda istifadə ediləcək.
Mehmetçiğimize zırh ötesi görüş yeteneği kazandırıyoruz.
— Ismail Demir (@IsmailDemirSSB) October 3, 2022
Yakın görüş imkanı kısıtlı olan muharebe araçlarımızda, artırılmış gerçeklik gözlüğü kullanarak sahadaki durumsal farkındalığı artıracağız.
Mehmetçik zırhlı aracın içinden, dışarıyı 360° görebilecek.
➡️ @BitesSavunma pic.twitter.com/6g4vANGKFS
BITES şirkətinin baş direktor müavini Erinç Albayrak bildirib ki, Zirehli Görmə sistemi bir neçə test mərhələsinidə müvəfəqiyyətlə bitirdikdən sonra 2023-cü ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.
“Zirehli döyüş maşınları və tankların xarici aləmlə əlaqələri vizual baxımdan zəifdir. Bu layihə ilə birliktə, türk əsgərləri tanklara quraşdırılmış kameraların dəstəyi ilə görmə xəttini bağlayan zirehdən kənara çıxaraq döyüş meydanını sanki şüşədən izləyirmişcəsinə müşahidə edə biləcəklər. Bu sistem döyüş meydanındakı vəziyyətlə bağlı əsgərlərimizin məlumatlılığını artıracaq.” – deyə Albayrak əlavə edib.