Bakı məktəblərindən birində bullinq hadisəsi qeydə alınıb – VİDEO

Bakı şəhər 112 saylı məktəbdə bir şagird digərini döydü, üçüncü şagird isə bunu video çarx kimi çəkdi.

TIME bildirir ki, video çarxdan göründüyü kimi, şagirdlər sinif yoldaşlarını məhz video çəkmək üçün döyürlər. Belə hallar bullinq adlandırılır.

Sosial şəbəkələrdə yayılan video ilə bağlı yerli mediada xəbərlər dərc edilib və artıq məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Leave a Reply