Azərbaycanda kibertəhlükəsizliyin təmin edilməsi məqsədi ilə qaydalar və normativ aktlar hazırlanır

Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır. Proses bu yaxınlarda yekunlaşacaq.

TIME bildirir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib ki, yeni qaydalara əsasən bu sahədə fəaliyyət asanlaşacaq.

“Yeni startaplara və təhlükəsizlik provayderlərinə lisenziya tələbi yığışdırılır. Yəni, qaydalar sadələşdirilir. İstənilən adam təhlükəsizlik provayderi yaradıb, müəyyən infrastruktura malik olduqdan sonra bu tədbirləri keçirə biləcək. Dövlət orqanları tərəfindən xüsusi təhlükəsizlik tələbləri müəyyən olunacaq. Provayderlər işlərini həmin tələblərə uyğun tənzimləyəcəklər”, – İ.Musayev bildirib.

Bununla yanaşı İ. Musayev son illər Azərbaycanın informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı addımlar atıldığınıda qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bu sahədə çox böyük addımlarla irəliləyir: “Biz dövlət orqanı olaraq özəl sektorla çalışmağa çox önəm veririk. Burada vahid yanaşma olmalıdır. Bu ildən informasiya texnologiyaları sahəsinə qəbul ən yüksək ballarla olub”.

Xidmət rəisi onuda qeyd edib ki, Azərbaycanda iki vacib normativ aktın təsdiq olunması gözlənilir.

“Bunlardan biri kritik informasiya strukturunun təhlükəsizliyi ilə bağlıdır. Eyni zamanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının da təsdiq olunması gözlənilir”.

Leave a Reply