Kəmalə Ağazadə: “Adları məktəblərdə gedir, özləri isə Bakıdadır, ərlərdədir, doğuşdadır, patıdadır, barlardadır…”

Azərbaycan Uşaqlar Birliyi,uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kamalə Ağazadə adı məktəbdə qeydiyyatda olan ucqar rayonlardan olan qızların zorla ərə verilməsi, evdən qaçıb Bakıda əylənməsi məsələsini gündəmə qətirib.

TIME bildirir ki, mərkəzə bu günlərdə iki il öncə nişanlandırılan və yaxın zamanda toyu olacaq daha bir qız qətirilib.

“Zorla evliliyə məcbur edilən qız zəng vurub, üsyan edib, yardım istəyib. Qızı təhlükəsizlik baxımından sığınacağımıza yerləşdiriblər. 18 yaşı tamam deyil. Dediyinə görə neçə il öncə nişanlayıblar, 2 həftəyə toy olmalıymış, o isə oxumaq istəyir, polis olmaq istəyir. 11 sinifdə oxumalıdır, amma… Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, hörmətli cənab nazir !!! Xəbəriniz varmı, neçə neçə belə uşaqların adı sadəcə məktəbdə, əsasən də ucqar məktəblərdə gedir, özləri isə Bakıdadır, ərlərdədir, doğuşdadır, patıdadır, barlardadır??”, – deyə K. Ağazadə Elm və Təhsil Nazirliyinə səslənib.

Mərkəzin rəhbəri bildirib ki, son 1 il ərzində 86 qızın 16 yaşında ana olub: “1 il ərzində 86 qızın 16 yaşında ANA olması nədən xəbər verir,cənablar və xanımlar??? Təhsilsizlikdən, cəhalətdən, sosial müdafiəsizlikdən, qərarların icra olunmamasından, cinayətdən xəbər verir!!! Sığınacaq doludur, qaçan, uçan yeniyetmə qızlarla, xəbəriniz varmı?”.

Leave a Reply Cancel reply