Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları Pakistana ixrac ediləcək

Pakistanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pakistan İslam Respublikasının Sənayelər və İstehsalat Nazirliyinin katibi İmdadullah Bosal və Pakistan Ticarət Korporasiyasının sədri Rafeo Bəşir Şah ilə görüşüb.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeenin də iştirak etdiyi görüşdə iki ölkə arasında qarşılıqlı maraq kəsb edən sahələrdə birgə layihələrin icrasının əhəmiyyəti qeyd olunub, Azərbaycanda istehsal olunan kimya sənayesi məhsullarının Pakistana ixracı, eləcə də kənd təsərrüfatı məhsullarının ticarəti imkanları barədə fikir mübadiləsi aparılıb.

Leave a Reply Cancel reply