Azərbaycan Texnologiya Universitetində respublika elmi-praktik konfrans keçiriləcək

3-4 Noyabr 2022-ci il tarixində Azərbaycan Texnologiya Universitetində Zəfər Gününə həsr olunmuş “Müasir elmin aktual çağırışları və nailiyyətləri” mövzusunda müəllim və gənc tədqiqatçıların respublika elmi-praktik konfransı keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

  • Qida mühəndisliyi
  • Logistika mühəndisliyi
  • Yüngül sənaye mühəndisliyi
  • İnformasiya texnologiyaları və kompüter mühəndisliyi
  • Metal və materiallar mühəndisliyi
  • İqtisadiyyat və menecment
  • Davamlı inkişaf, yaşıl və nanotexnologiyalar
  • Multikultural təhsildə innovativ yanaşmalar

Konfrans materiallarına olan tələblər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi formata uyğun olaraq aşağıdakı kimidir:

-Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmalıdır;
-Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;
-Mətn “Microsoft Word for Windows” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla A4 formatlı standarta (210×297 mm) uyğun hazırlanmalıdır;
-Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;
-Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır.

Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilməlidir:

•Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;
•İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;
•Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;
•Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir;
•İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mörtərizədə göstərilir.

Azərbaycan dilində yazılmış materialın sonunda İngilis və Rus dillərində, Rus dilində yazılmış materialın sonunda Azərbaycan və İngilis dilində xülasə verilir, İngilis dilində yazılmış konfrans materialına isə Azərbaycan və Rus dillərində xülasə hazırlanır. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir. Konfrans materialları 20 oktyabr 2022-ci ildən gec olmayaraq conference@uteca.edu.az elektron poçt ünvanına göndərilməlidir.

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 257 00 46
e-mail: conference@uteca.edu.az

Leave a ReplyCancel reply