2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır.
TIME Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov deyib ki, 2020-ci ilin noyabrından bu günə qədər 530 milyon kvadratmetr ərazi minadan təmizlənib.
“Həmin ərazilərdən 66000-dən çox mina və partlamamış sursat aşkar edilib. BMT-nin müstəqil ekspertləri proqnozlaşdırıb ki, işğaldan azad olunmuş ərazilərdə 1 milyona yaxın mina və partlamamış sursat var və onların tamamilə təmizlənməsi üçün 25 il vaxt və 50 milyard dollar vəsait lazım olacaq”, – deyə o qeyd edib.