Azərbaycanda internetə qoşulmuş məktəblərin sayı iki dəfəyədək artıb

Azərbaycan məktəblərinin 91 faizi internetə qoşulub.

TIME bildirir ki, təhsil nazirinin müavini Firudin Qurbanov Şərq tərəfdaşlığının elektron infrastrukturlar üzrə 5-ci konfransı zamanı deyib ki, 2015-ci ildə bu göstərici 47 faizi təşkil edirdi, 2000-ci illərin əvvəllərində isə mindən çox şagirdə bir kompüter düşürdü.

“Bu gün dünyada 4,5 milyard nəfərin internetə çıxışı var, elektron qurğuların sayı isə 35 milyardı ötür. 2035-ci ilədək bu rəqəmin 75 milyarda çatacağı gözlənilir”, – deyə o bildirib.

Nazir müavini bildirib ki, Azərbaycanın 21 təhsil müəssisəsi Avropa tədris platformalarına çıxış imkanlarına malikdir və gələcəkdə bu say artırıla bilər.

Leave a Reply