Sosial sığorta ödəmələri artıb

2022-ci ilin 8 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2.948,6 mln. manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 103,2 mln. manat  olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu sığorta haqları üzrə daxilolmalar 2021-ci ilin 8 ayı ilə müqayisədə müvafiq olaraq 454,2 mln. manat  (18,2%) və 17,4 mln. manat  (20,3%) artıb.

2022-ci ilin yanvar-avqust aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin 8 ayına nisbətən 41,1% artaraq 524,7 mln. manat təşkil edib.

Leave a Reply