Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Qarabağ uğrunda İkinci Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibəti ilə videoçarx hazırlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, video çarxda 44 günlük müharibədən kadrlar əksini tapıb: “27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günüdür. Uca Tanrıdan Vətən yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət diləyirik!”, – deyə videoçarxın şərhində qeyd edilib.
27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günüdür. Uca Tanrıdan Vətən yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət diləyirik! pic.twitter.com/QR9GTHFMt0
— Dövlət Təhlükəsizliyi Xidməti (@DTX_Azerbaijan) September 27, 2022