Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım gününü qeyd edir

Bu gün sentyabrın 27-də, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım gününü qeyd edir. Bu gün minlərlə azərbaycanlı gəncin vaxtsız dünyasını dəyişdiyi, ailələrin başsız , uşaqların atasız qaldığı kədər dolu bir gündür. Minlərlə ananın arzuları ürəyində, qözü yaşlı qalıb. Onların övladları Vətən uğrunda canlarını verdilər ki, Azərbaycan 30 ildən sonra Zəfər gününü qeyd etsin, torpaqlarını işğaldan azad etsin və bu torpaqlarda daimi sülh bərqərar olsun, gələcək nəsillər əminamanlıq şəraitində yaşasınlar.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrildi.

Ermənistanla 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.

Azərbaycan işğaldan azad olan ərazilərə quruculuq işlərinə başladı və qəbul eilmiş plan üzrə infrastrukturu və kommunukasiyaları yenidən qurur.

Lakin Erməni təxribatlarının sonu olmadığı üçün hər il şəhilərimizin sayı artır…

Allah şəhidlərimizə rəhmət eləsin…

Leave a Reply