Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası təsdiq edilib

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 aprel tarixli 1661 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərara əsasən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası” təsdiq edilib.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun
edilə bilər.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası ilə burada tanış ola bilərsiniz.

Leave a Reply