Moskva-Bakı aviabiletlərinin maksimal dəyəri açıqlanıb

Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyərini açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, belə ki, ekonom sinifə aid olan aviabiletlərin qiyməti 409 avro, biznes sinif – 769 avro, “VIP Club” tarifi – 869 avro təşkil edir.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın “Aeroflot”, “Rossiya”, “Utair”, “Azimuth” və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır.

Leave a Reply