“Media Reyestrinin aparılması Qaydaları” təsdiq edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fərmana əsasən, “Media Reyestrinin aparılması Qaydaları” təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edilməsi tapşırılıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi və Fərmandan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

Media Reyestrinin aparılması Qaydaları ilə burada tanış ola bilərsiniz.

Leave a Reply