Fəhlənin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Sentyabrın 22-i saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər  prokurorluğuna məlumat daxil olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal  Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Leave a Reply