“Bakcell” xidmətlərində yaranmış fasilə ilə bağlı əlavə məlumat verib

Sentyabrın 21-də axşam saatlarında yaranmış texniki nasazlıq nəticəsində “Bakcell” xidmətlərindən istifadə etmək mümkün olmayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Bakcell” şirkəti bildirir ki, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir.

21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə Nokia ilə birlikdə
aparılan genişmiqyaslı modernizasiya işləri ilə bağlı olub.

Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək komandası və “Bakcell”in texniki
heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb.

Xidmətlərimizin göstərilməsində yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik.

Leave a Reply Cancel reply