Son 2 ildə 350-dən çox hərbçimizin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə
təminatı həyata keçirilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu nazir Sahil Babayev mediaya müsahibəsində bildirib. Onlardan 200-ü Vətən müharibəsində əzalarını itirmiş qəhrəmanlarımızdır.
Nazir bildirib ki, son 3 ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial
xidmət mərkəzinin tam təmir edilərək, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə
verilib.
S.Babayev həmin mərkəzlərdə 3 minədək müharibə əlilinə müasir standartlara uyğun
reabilitasiya xidmətləri göstərildiyini qeyd edib.