Təhqiredilmiş avtobus sürücüsü sərnişinləri yarı yolda düşürüb – VİDEO

Bakı-Sumqayıt yolunda sərnişinləri yolda düşürərək marşrut üzrə hərəkətdən imtina edən 119 saylı marşrut xəttinin sürücüsü işdən kənarlaşdırılıb.

TIME Trend-ə istinadən bildirir ki, “Xalid Faiqoğlu” şirkətindən verilən məlumata əsasən, bu gün saat 08:20 radələrində Xırdalandan Bakı istiqamətinə sərnişindaşıma xidməti göstərən 119 saylı müntəzəm marşrut xəttində baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

“Sürücü Gülhüseynov Rövşən Şıxmirhüseyin oğlu işdən müvəqqəti kənarlaşdırılıb və onun izahatı alınıb. Həmçinin hadisədən əvvəl avtobusda baş verənləri aydınlaşdırmaq məqsədilə videogörüntülərə baxılıb. Görüntülərdən məlum olur ki, sərnişin sıxlığının yüksək olduğu vaxt xanım sərnişinlərdən biri sürücüdən avtobusun dayanacaqdan kənar saxlamasını tələb edib. Sürücü isə yalnız dayanacaqda saxlamağın mümkün olduğunu bildirdikdən sonra bəzi sərnişinlər tərəfindən kobud rəftara məruz qalıb. Sərnişinlər tərəfindən təhqir edilən sürücü psixoloji gərginlik səbəbindən hərəkəti davam etdirməyin təhlükəli olduğunu bildirərək nəqliyyat vasitəsini saxlayıb və ona tibbi yardım göstərilib. Təxminən 10 dəqiqə sonra sürücü avtobusla sərnişinləri sonuncu dayanacaq məntəqəsinədək gətirib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir”,- məlumatda bildirilir.

Leave a Reply