DİM tender elan edib

DİM Mövcud soyutma və videomüşahidə sistemlərini təkmilləşdirmək məqsədi ilə əlavə avadanlıqların satın alınması üçün açıq tender elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iddiaçılar müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təşkilat: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin bank rekvizitləri (VÖEN: 1304673921) 

Bank: “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/19

VÖEN(bank): 9900006111 Kod: 507699

SWIFT: AZRTAZ22

M/h: AZ02NABZ01350100000000022944

H/h: AZ98AZRT38060019440028835001

Tenderdə iştirak haqqı 250 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri vahid Portal vasitəsi ilə təqdim etməlidirlər:

 – tenderdə iştirak haqqının ödənilməsi barədə məlumat;

 – Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

 – son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

 – yüklülük barədə arayış

 – son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

 – tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

 – tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

 – iddiaçının müvafiq sahədə peşəkarlığını və iş təcrübəsini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar;

 – mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 10 oktyabr 2022-ci il saat 11:00-dək vahid Portala yükləməlidirlər.

Tender təkliflinin (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və bank zəmanətinin (tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü artıq qüvvədə olmalıdır) təqdim olunma tarixi 18 oktyabr 2022-ci il saat 17:00-dək.

Göstərilən vaxtdan gec təqdim olunan tender təklifləri qəbul olunmayacaq.

Təkliflər 19 oktyabr 2022-ci il saat 11.00-da açılacaqdır.

Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən “Əsas şərtlər topIusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər vahid Portal vasitəsi ilə Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Əlaqələndirici şəxs: İlham Əliyev, telefon: 310-53-16, daxili 1704

E-mail: i.aliyev@dim.gov.az, Ünvan: AZ1138, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi 299.

Leave a Reply