Bakcell şəbəkəsində yaranan nasazlıq aradan qaldırılır

Azərbaycanın ilk mobil rabitə operatoru Bakcell şirkətinin xidmət şəbəkəsində yaranan problemlərin səbəbi açıqlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.

“Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, – deyə şirkətin rəsmi məlumatında qeyd edilib.

Leave a Reply