Sabah dağlıq regionlarda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Leave a Reply Cancel reply