Milli Məclis Gənclər və idman komitəsi payız sessiyasında hansı məsələləri müzakirə edəcək?

Sentyabrın 20-də Milli Məclisin Gənclər və idman komitəsinin 2022-ci ilin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iclasda Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev 2022-ci ilin payız sessiyası üçün iş planını təqdim edib.

Sonra iclasda Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyəti haqqında”, “Vətənpərvərlik tərbiyəsi haqqında”  qanun layihələrinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub.

Eyni zamanda, iş planında “2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, komitə üzvlərinin gənclərin maarifləndirilməsi tədbirlərində, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərdə, Ermənistanın təcavüzü və həqiqətlərimizin dünyaya çatdırılmasında fəal iştirakının təmin edilməsi nəzərdə tutulub.

Leave a Reply Cancel reply