Azərbaycanda onkoloji xəstələrin 60 minə yaxınlaşıb

Azərbaycanda onkoloji xəstələrin sayı artıb və 60 minə yaxınlaşıb.

TIME Trend-ə istinadən bildirir ki, bunu deputat Kəmaləddin Qafarov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

O deyib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur.

Deputat qeyd edib ki, onkoloji xəstələrin müalicəsi üçün vəsait artırılmasına ehtiyac var.

“Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməlidir, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır”, – deyə deputat əlavə edib.

Leave a ReplyCancel reply