Yeni tədris ilinin I semestri üzrə təhsil kreditindən 1575 tələbə yararlanıb

2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil krediti alan tələbələrin sayı açıqlanıb. Belə ki, ümumilikdə 1575 tələbə təhsil krediti əldə edib. Onlardan 521-i sosial, 1054-ü isə standart yönümlü kreditdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur.Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. 

Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır.

Leave a Reply Cancel reply