Yeni modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə qərara alınır:

– Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılsın.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

– Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Azərbaycan Respublikasının ərazisində quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra №-siTədbirin adıAyrılan vəsait(min manatla)İcra müddəti
1.Kürdəmir rayonunun Axtaçı kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması285,02022
2.Şamaxı rayonunun II Cabanı kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması355,02022
3.Ağstafa rayonunun Köçvəlili kəndində 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması424,02022
4.Daşkəsən rayonunun Tapan kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması256,02022
5.Goranboy rayonunun Kürəkçay kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması256,02022
6.Şəmkir rayonunun Ələsgərli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması386,02022
7.Xaçmaz rayonunun Şıxlar kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması256,02022
8.Qusar rayonunun Hil sirt kəndində 132 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması424,02022
9.Cəlilabad rayonunun Moranlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması382,02022
10.Cəlilabad rayonunun Sarxanlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması382,02022
11.Cəlilabad rayonunun Əsədli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması386,02022
12.Lerik rayonunun Osyodərə kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması210,02022
13.Lerik rayonunun Buruq kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması256,02022
14.Masallı rayonunun Sarıcəfərli kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması386,02022
15.Yardımlı rayonunun Cirimbel kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması356,02022
Cəmi:5.000,0

Leave a ReplyCancel reply