Ürək xəstəsinə uğurlu böyrək köçürülməsi əməliyyatı keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahiyyə əməliyyatı həyata keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov və klinikanın Transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazov xəstə üzərində böyrək köçürülməsi əməliyyatını icra ediblər.

A.Namazovun bildirdiyinə görə, əvvəllər üzərində açıq ürək əməliyyatı keçirilmiş və dializ xəstəsi olan pasiyent risk qrupuna daxil olan xəstələrdən hesab olunurdu: “Amma kardioloqlar və kardio-cərrahların konsultasiyasından sonra xəstənin əməliyyata götürülməsinə qərar verilib:

“Əməliyyat tərəfimizdən uğurla icra olunaraq ona böyrək köçürüldü. Əməliyyatdan öncə 10-un üzərində olan kreatin gösstəricisi hazırda 1,6-dək enib. Xəstə nəzrətimiz altındadır, özünü yaxşı hiss edir”.

Leave a Reply