Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edildi

Azərbaycan Nazirlər Kabinetinin Qərarına əsasən Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edildi.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasinin təmin olunması məqsədilə hazırlanıb. 

Bu Qərarla təsdiq edilmiş müqavilə forması ilə Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və icarəsində  abidələrin olduğu fiziki və hüquqi şəxslərlə  abidələrin qorunması məqsədilə bağlanılan mühafizə müqaviləsinin şərtləri və müqavilənin şərtlərinə əməl olunmadığı təqdirdə görüləcək tədbirlər müəyyən edilib.

Leave a Reply