Azərbaycanda “CODE FOR FUTURE” layihəsi genişləndirilir

2022-2023-cü tədris ilində Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən başladılan “CODE FOR FUTURE” İT təhsil layihəsinin genişləndirilməsi planlaşdırılır. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihənin məqsədi tələbələrə “junior” mütəxəssislər səviyyəsində İT peşələrin öyrədilməsidir.

Layihə yeni tədris ilində “CODE FOR FUTURE” Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kursların 600 tələbəsini əhatə edəcək. Təlim üç: “Web-tərtibatçı”, “Sistem inzibatçısı”, “QA mühəndisi” ixtisasları üzrə keçiriləcək.

Qeyd edək ki, keçən il layihənin pilot mərhələsində ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kursların 298 tələbəsindən 259-u iki – “Web-tərtibatçı” və “Sistem inzibatçısı” istiqamətləri üzrə 3 aylıq kursları uğurla bitirib.

Leave a Reply