Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin bölmələrinin mühasirəyə düşməsi barədə məlumatları təkzib edib

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.

Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.

Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq.

Bununla yanaşı, Müdafiə Nazirliyinin Facebook səhifəsində ümidverici statuslar paylaşılıb: “İrəli.. İrəli.. Yalnız İrəli.. Azərbaycan Əsgəri!”

Leave a Reply