Ölən erməni hərbçilərinin sayı 135 nəfərdir, çox sayda yaralımız var.
TIME xarici mətbuata istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan rəqəmləri açıqlayaraq deyib ki, ölənlərin sayının dəqiqləşdirilməsi davam edir.
Qeyd edək ki, sentyabrın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.