Baş Prokurorluq şəhid qardaşının videosuna cavab olaraq Facebookda keçirilən #üzristəyirəm aksiyasına reaksiya verib

Baş Prokurorluq şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun bu günlərə yayımlanan hər iki videosu ilə bağlı araşdırmaya başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən sorğuya cavab olaraq bildirilir ki, dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

“Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin”, – deyə Baş Prokurorluğun mətbuat xidməti ictimaiyyətə müraciət edib.

Leave a Reply