Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri artıb

Bu ilin 8 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 6,2 faiz və ya 202 mln. manat çox olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sosial sığorta daxilolmaları son 8 ayda proqnoza nisbətən 2,8 faiz və ya 81 mln. manat artıb

DSMF-nin gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 7,6 faiz və ya 267 mln. manat çox olmaqla 3 mlrd. 780 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-avqust aylarında proqnoza nisbətən 2,8 faiz və ya 81 mln. manat artaraq 2 mlrd. 948 mln. manat olub.

DSMF-nin son 8 ayda xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz və ya 202 mln. manat artaraq 3 mlrd. 467 mln. manata çatıb.

Leave a Reply